Nahçıvan’a 200 ABD Askeri Getirildi

Azerbaycan gazetesi Yeni Müsavat’ın verdiği habere göre Nahçıvan havaalanı Amerikalıların kontrolü altına girdi.Gazeteye göre havalimanının giriş çıkışları ile stratejik bölümleri 200 Amerikan askerinin kontrolüne bırakıldı.

ABD’nin Azerbaycan’da bulunan 4 üssü olduğunu bildiren gazete Nahçıvan havalimanının İran’a yapılacak hava saldırısında kullanılacağını iddia etti. İki gündür havalimanında yoğun çalışmalar yapan ABD askerlerinin Pentagon’dan gelen uzmanlar ile havalimanının teknik sorunlarını da gidermeye çalıştıklarını yazdı. Gazete 1 ay içinde ABD’nin İran’a saldırıya başlayacağını iddia ettiği haberinde Nahçıvan’ın olası bir savaşta büyük rol oynayacağını yazdı. Haberde eğer Azerbaycan Cumhurbaşkanı Haydar Aliyev izin vermese askerlerin Nahçıvan’a gelemeyeceğini bildirerek hükümeti ABD’ye yardım etmekle suçladı.

İşte Azarbaycan’daki kaynaklarımızın bildirdiği haberin devamı.

—————————-
Ekspertler İran emeliyyatının Azerbaycana dehşetler ved etdiyi qenaetindedir

Qezetimizin dünenki sayında Naxçıvan aeroportunun Amerika herbçilerinin nezareti altına keçmesi ile bağlı melumat verilib. Eslinde İran emeliyyatlarının başlayacağı teqdirde Azerbaycanın bu meseleden kenarda qala bilmeyeceyi evvelden de belli idi. Qonşu Türkiye öz erazilerinden İran emeliyyatlarına icaze vermeyeceyini beyan etdiyi halda, resmi Bakı hele de ortaya konkret mövqe qoymayıb.

Xatırladaq ki, Tehran öz erazilerinden ona qarşı herbi emeliyyatların keçirilmesine imkan yaradacaq dövletlerin ilk olaraq hedefe meruz qalacağını hele xeyli evvelden beyan edib. Artıq Azerbaycanda ABŞ herbçilerinin dislokasiya olunması xeberi ciddi narahatçılıq doğurmaqdadır. Meselenin BMT-nin Tehlükesizlik Şurasının İrana martın ilk ongünlüyünedek vaxt vermesinden sonraya tesadüf etdiyini nezere alsaq, veziyyetin ciddiliyi aydınlaşır. Naxçıvan Muxtar Respublikasındakı menbelerin melumatına göre, artıq üç gündür ki, aeroport Amerika herbçilerinin nezareti altındadır. Melumatlarda 200-dek herbi mütexessisin ölkenin müxtelif yerlerinde yerleşdirilib ve müvafiq tapşırıqları yerine yetirdikleri bildirilir. Dünen bütün bu meselelerle bağlı ne XİN, ne de Müdafie Nazirliyinden heç bir münasibet öyrene bilmedik.
Adının çekilmesini istemeyen ekspertlerden biri ise melumatı tam tesdiqledi ve bunun heç de yeni xeber olmadığını dedi. Ekspertin sözlerine göre, ABŞ-la Azerbaycan arasında aerodromların istifadesi ve Pentaqonun mobil herbi qüvvelerinin yerleşdirilmesi ile bağlı artıq razılıq elde edilib. Bu qüvvelerin Naxçıvanla yanaşı, Kürdemir rayonunda, Gencenin Seyfeli poliqonunda, Nasosnı adlanan erazide ve Bakının Zire kendindeki aeroportda yerleşdirilmesi nezerde tutulur: “ABŞ Azerbaycan erazilerinde “Petriot” tipli hava hücumundan müdafie sistemleri yerleşdirir. Hemçinin raketlerin uçuş trayektoriasını müeyyenleşdiren radar qurğuları qurulur”. Ekspert bu razılaşmanın çox tehlükeli perspektiv ved etdiyini bildirdi. Qeyd etdi ki, Amerika bu planı neft quyularının ve neft kemerinin qorunması, hemçinin, tehlükesizlik zolağının yaradılması meqsedile heyata keçirdiyini bildirir: “Ancaq sözsüz ki, bunun ciddi fesadları olacaq. İnanmaq isterdik ki, Azerbaycan bu meselede neytrallığını qoruyub-saxlamağa çalışacaq”.
Meselelerle maraqlanan diger melumatlı menbe ise İran emeliyyatlarına kimi ABŞ-ın Azerbaycanla Ermenistan arasında sülh müqavilesinin imzalanmasına nail olmaq istediyini qeyd etdi: “Burda da esas meqsed erazi mübadilesi ideyasını gerçekleşdirib Mehri dehlizi ile Laçın dehlizinin mübadilesine nail olmaqdır. Vaşinqton bütün imkanlarını seferber edib Mehri ile Laçını deyişmek isteyir. Çünki ABŞ Rusiyanın bu erazide İranla olan serheddini qapamaq isteyir. Ona göre de mart ayında Ermenistanla Azerbaycan resmileri arasında Qarabağ danışıqlarını Vaşinqtonda davam etdirmeye qerar verilib”.
Naxçıvan sakinlerinin sözlerine göre, fevralın 8-i ve 9-da muxtar respublikada mobil telefon sistemi iflic veziyyetine düşübmış. Rabite Nazirliyinde bunu texniki nasazlıqla elaqelendirseler de, melumatlı şexsler olayın ABŞ herbçilerinin dislokasiyası dövrüne düşmesini de tesadüfi saymır. Söhbet etdiyimiz şeher sakini xatırlatdı ki, bölgede analoqu olmayan yüksek seviyyeli aeroport tikilen zaman da ABŞ-ın diqqeti aydın müşahide olunub: “2001-ci ilden tikintisine başlanılan ve iki il sonra başa çatan bu aeroportda demir-betondan tökülmüş bir uçuş zolağı tikilib. Tikinti dövründe de sabiq sefir Ross Uilson Naxçıvana tez-tez gelirdi. Heç şübhesiz, bütün bu hazırlıqlar İran emeliyyatına ve Rusiyanın neytrallaşdırılmasına hesablanmışdı”.
Politoloq Arif Yunus öz növbesinde amerikanların Naxçıvan aeroportunda iş aparmasından xeyli evvelden xeberi olduğunu bildirdi: “Amerikanlar Herkules adlı teyyare üçün infrastrukturlar yaradırdı. Sözsüz ki, bütün bu hazırlıqlar İran meselesi ile bağlıdır. Özü de bu işler tek Naxçıvanda görülmür. Ümumilikde Azerbaycanda 7 aerodromda iş aparılır. Açılan iki radardan biri İrana, digeri Rusiyaya qarşıdır. Amma bu hazırlıqlar Azerbaycana böyük tehlükeler ved edir. İran amerikalılara cavab vere bilmese de, Bakı şeherini bombalaya biler. Bu ise Azerbaycan üçün dehşetler ved edir”.
Cavid TURAN

“Nahçıvan’a 200 ABD Askeri Getirildi” üzerine bir düşünce

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir